Xaçmazda qadını qətlə yetirərək izi itirməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib Hadisə

Xaçmazda qadını qətlə yetirərək izi itirməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Xaçmazda qadını qətlə yetirərək izi itirməkdə təqsirləndirilən Fərman Dəmirovun cinayət işi üzrə istintaq başa çatıb.

APA-nın xəbərinə görə, cinayət işi baxılmaq üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Hafiz Əliyevin icratına verilib. İş üzrə məhkəmənin ilkin baxış iclası iyulun 31-nə təyin edilib.
İttihama görə, Xaçmaz şəhər sakini Şirinbalayeva Mafizə Gülmalı qızının meyiti şəhərin Asif Cəbrayılov küçəsində fərdi yaşayış evlərinin birində tapılıb.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib. İlkin araşdırmalarla onun qətlə yetirildiyi müəyyən olunub. İş üzrə şübhəli şəxs qismində başqa şəxs saxlanılsa da, hadisəni törədən şəxs 6 ay sonra saxlanılıb. Məlum olub ki, qətl hadisəsini mərhumun evinin yaxınlığında tikintidə fəhlə işləyən Dəmirov Fərman Seyfulla oğlu törədib. O istintaqa təhvil verilib.