Dövlət Agentliyi RTİ və təhsil müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edib Hadisə

Dövlət Agentliyi RTİ və təhsil müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edib

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Regional Təhsil İdarələrinin, eyni zamanda, təhsil müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edib.

APA xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlaması zamanı məlumat verib.

O deyib ki, Regional Təhsil İdarələrinin, eyni zamanda təhsil müəssiələrinin fəaliyyətinə nəzarət müntəzəm xarakter daşıyır.

Onun sözlərinə görə, yoxlama tədbirləri ilin sonunadək davam edəcək:

“Qaydaların və təlimatların pozulması halları yolverilməzdir”.