Xırdalanda ər arvadına çoxsaylı bıçaq zərbəsi endirib Hadisə

Xırdalanda ər arvadına çoxsaylı bıçaq zərbəsi endirib

Abşeron rayonunda ailə məişət zəmnində dava zamanı qadın ağır xəsarətlər alıb.

APA xəbər verir ki, hadisə Quşçuluq massivində qeydə alınıb.

1990-ci il təvəllüdlü Həsənova Şəbnəm Taleh qızı yaşadığı evin həyatyanı sahəsində əri tərəfindən bıçaqlanıb.

Qadın çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.