İmişlidə avtomobil piyadanı vuraraq öldürüb Hadisə

İmişlidə avtomobil piyadanı vuraraq öldürüb

İmişlidə 43 yaşlı kişini maşın vuraraq öldürüb.

APA xəbər verir ki, hadisə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi istiqamətində qeydə alınıb.

“Toyota Corolla” yolu piyada keçən 1981-ci il təvəllüdlü, İmişli rayon sakini Şükürov Elburs Adəm oğlunu vuraraq öldürüb.

Faktla bağlı İmişli rayon prokurorluğunda araşdırma aparılır.