Beyləqanda avtomobil ağaca çırpılıb, sürücü ölüb, sərnişin yaralanıb Hadisə

Beyləqanda avtomobil ağaca çırpılıb, sürücü ölüb, sərnişin yaralanıb

Beyləqan rayonunda avtomobil ağaca çırpılıb, ölən və yaralanan var.

APA xəbər verir ki, hadisə Mil qəsəbəsi istiqamətində qeydə alınıb.
1987-ci il təvəllüdlü Vəliyev Hafiz Fəyyaz oğlunun idarə etdiyi “Khazar LX Minik" markalı avtomobili idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə H.Vəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, həmin avtomobildə sərnişin qismində olan 1996-cı il təvəllüdlü Kazımov Münsif Şahin oğlu isə aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.

Faktla araşdırılır.