Məhkumluq həyatı yaşayan Saatlı sakinindən “Makarov” götürülüb Hadisə

Məhkumluq həyatı yaşayan Saatlı sakinindən “Makarov” götürülüb

Saatlı rayon sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə 30 ildən artıq məhkumluq həyatı yaşayan Nazim Muradov rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, onun üstünə baxış zamanı “Makarov” markalı tapança, patron darağı və 4 ədəd patron aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.