İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə yeni sözçü təyin edilib Hadisə

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə yeni sözçü təyin edilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsin mətbuat xidmətinə yeni rəhbər təyin olunub.

Bu barədə "APA-Economics"ə Agentlikdən bildirilib.

Məlumata görə, bu vəzifə Ceyhun Musaoğluna həvalə edilib.

Qeyd edək ki, daha öncə bu vəzifəni Anar Cəbrayıllı icra edirdi. Məlumata görə, A.Cəbrayıllı bundan sonra Agentliyin tabeliyində olan digər publik hüquqi şəxsin mətbuat xidmətinə rəhbərlik edəcək.