ADY: Zarat stansiyasında qatarların hərəkəti tam təmin olunub Hadisə

ADY: Zarat stansiyasında qatarların hərəkəti tam təmin olunub

16 iyul tarixində səhər saatlarında Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxmış Rusiya özəl şirkətlərinə məxsus 3 vaqon dünən saat 22.00 radələrində rels üzərinə qaldırılıb və həmin istiqamətdə qatarların hərəkəti normal qrafik üzrə tam təmin olunub.

"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) “APA-Economics”ə verilən məlumata görə, ADY-nin infrastruktur və hərəkətin təhlükəsizliyi departamentlərinin birgə operativ fəaliyyəti nəticəsində sözügedən sahədə yol təsərrüfatında müvafiq tənzimləmə 0işləri görülmüş, yük vaqonlarının təyinatı üzrə yola salınması üçün hazırlıq işləri tamamlanıb.