Balakəndə iki gün əvvəl yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb Hadisə

Balakəndə iki gün əvvəl yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb

Balakəndə iki gün əvvəl yol qəzasında ağır xəsarət alan 30 yaşlı kişi xəstəxanada ölüb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yol qəzasında xəsarət alaraq Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilən 1994-cü il təvəllüdlü Kortala kənd sakini Fərman Cavanşir oğlu Əfəndiyev bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, iyulun 17-də Kortala kəndi ərazisində F. Əfəndiyevin idarə etdiyi qoşqulu motosikletlə minik avtomobili toqquşub.
1 nəfərin ölümü, digər şəxsin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.