Külli miqdarda mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ”nin sabiq baş direktorunun məhkəməsi başlayır Hadisə

Külli miqdarda mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ”nin sabiq baş direktorunun məhkəməsi başlayır

Külli miqdarda mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ” MMC-nin həbsdə olan sabiq baş direktoru Ramin İsayevin cinayət işi üzrə məhkəmə başlayır.

APA xəbər verir ki, cinayət işi materialları Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 29-na təyin olunub

İş üzrə zərərçəkmiş kimi "SOCAR AQŞ" Məhdud Məsuliyyətli Cəmiyyəti, “Abşeron Qazma” MMC, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti tanınıb.

Qeyd edək ki, Ramin İsayev 16 milyonluq mənimsəmədə ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) maddələri üzrə ittiham verilib.

R. İsayev 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsindən azad edilib. Ötən il Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.