Bakıda 89 yaşlı atasını döyərək öldürən şəxsin məhkəməsi başlayır Hadisə

Bakıda 89 yaşlı atasını döyərək öldürən şəxsin məhkəməsi başlayır

Daha bir ağır cinayətin ibtidai istintaqı tamamlanıb.

Nəsimi rayon prokurorluğundan APA-ya verilən məlumata görə, cari ilin aprelin 14-də 1935-ci il təvəllüdlü İsmayıl Rəhimovun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla 1969-cu il təvəllüdlü Emin Rəhimov martın 19-da birgə yaşadıqları mənzildə atası İsmayıl Rəhimova baş və bədəninin müxtəlif nahiyələrinə yumruqla çoxsaylı xəsarətlər yetirməsi nəticəsində sonuncunun müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Emin Rəhimova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.