Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının siyahı hazırlanacaq Hadisə

Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının siyahı hazırlanacaq

Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının siyahı hazırlanacaq.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1196-VIQD nömrəli Qanununun tətbiqi haqqında” imzaladığı Fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısını, onlara ayrılan yerlərin sayını və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.