FTX direktoru: Moskvada avtomobili partladan şəxs Türkiyəyə qaçıb Hadisə

FTX direktoru: Moskvada avtomobili partladan şəxs Türkiyəyə qaçıb

Moskvada avtomobili partladan şəxsin Türkiyəyə qaçdığı məlum olub.

APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib.

Xidmət rəhbəri onun Rusiyaya ekstradisiyası barədə sualı da cavablandırıb. O bildirib ki, hazırda həmin şəxsin həbs olunması üçün Türkiyənin hüquq-mühafizə orqanları ilə birgə iş aparılır.

Qeyd edək ki hadisə şəhərin Sinyavinskaya küçəsindəki yaşayış binasının yaxınlığında baş verib. Nəticədə iki nəfər yaralanıb.