COP29-a hazırlıq məqsədilə Vahid Sağlamlıq dialoqu keçirilib Hadisə

COP29-a hazırlıq məqsədilə Vahid Sağlamlıq dialoqu keçirilib

ÜST və tərəfdaşları COP29-a hazırlıq məqsədilə Vahid Sağlamlıq dialoqu keçirib.

APA xəbər verir ki, 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbirinə hazırlıq məqsədilə ÜST-nin Azərbaycandakı Ölkə Ofisi “Vahid Sağlamlıq: sektorlararası dialoqla COP29-a hazırlıq” adlı simpozium təşkil edib. Tədbirdə COP29 Sədrliyi, müvafiq nazirliklər, universitetlər, vətəndaş cəmiyyəti, özəl sektor, gənclər və BMT agentliklərinin qərar qəbul edən şəxsləri və texniki ekspertləri iştirak ediblər.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva deyib ki, COP29 zamanı Azərbaycanda vahid sağlamlığın dərinləsdirilməsi müzakirə olunacaq:

“COVID-19 bizə xatırladır ki, insan, heyvan sağlamlığı və təbiətin qorunması bu sahədə çalışan qurumları koordinasiyalı işləməyə vadar edir. Bakıda keçiləcək COP29 zamanı biz vahid sağlamlığın dərinləşdirilməsini müzakirə edə biləcəyik. Bu mövzu daha əvvəlki COP tədbirlərində də müzakirə olunub”.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov çıxışı zamanı bildirib ki, insanlar və heyvanlar arasında olan müəyyən xəstəliklər var ki, heyvanlardan insanlara, ya da əksinə yoluxa bilir.

O əlavə edib ki, iqlim dəyişmələri təkcə insanlara yox, eyni zamanda heyvan və bitkilərdə olan xəstəliklərə də təsir edir:

“Nəticədə gözlə görünməyən illərlə davam edən dəyişiklərə səbəb olur. İnsan və heyvanlar iqlim dəyişikləri nəticəsində köç edirlər, bu da çox sayda infeksion xəstəliklərin coğrafiyasını dəyişməsinə zəmin yaradır. Yəni xəstəliklər əmələ gəlir və köhnə xəstəliklər fəsadlar yaradır. Ona görə də vahid sağlamlıq baxımından məsələyə yanaşılması önəmlidir".

COP29-a hazırlıq məqsədilə Vahid Sağlamlıq dialoqu keçirilibCOP29-a hazırlıq məqsədilə Vahid Sağlamlıq dialoqu keçirilibCOP29-a hazırlıq məqsədilə Vahid Sağlamlıq dialoqu keçirilibCOP29-a hazırlıq məqsədilə Vahid Sağlamlıq dialoqu keçirilibCOP29-a hazırlıq məqsədilə Vahid Sağlamlıq dialoqu keçirilib