Ukraynalı səyyah: Qarabağın tarixi məkanları çox gözəldir Hadisə

Ukraynalı səyyah: Qarabağın tarixi məkanları çox gözəldir

“2020-ci ildə Azərbaycan xalqının uzunmüddətli yarası olan problemin həll olunduğunu və işğal altında olan ərazilərin azad edildiyini eşidib çox şad oldum”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Most Travel People” səyyahlar qrupunun üzvü, ukraynalı səyyah Vlad Kiybl deyib.

O bildirib ki, səyyahlar səfər çərçivəsində Ağdam və Kəlbəcərin tarixi və görməli yerləri ilə tanış olacaqlar:

“Mən bir neçə dəfə Azərbaycanda səfərdə olmuşam, lakin Qarabağa ilk dəfədir gəlirəm. 2020-ci ildə Azərbaycan xalqının uzunmüddətli yarası olan bu problemin həll olunduğunu və işğal altında olan ərazilərin azad edildiyini eşidib çox şad oldum. 2022-2023-cü illərdə bir neçə dəfə bu ərazilərə gəlmək üçün rəsmi müraciət etmişdim. O zaman minatəmizləmə işləri həyata keçirilirdi. Bu dəfə mən “Most Travel People” səyyahlar qrupu ilə birlikdə buraya gəlmişəm. Biz artıq Füzulidə inşa olunan yeni hava limanı ilə tanış olmuşuq. Çox ümid edirik ki, tezliklə ora istər Türkiyədən, istərsə də Avropadan çoxsaylı uçuşlar həyata keçiriləcək. Qarabağın tarixi məkanları, xüsusilə də məscid, kilsə və digər tarixi məkanlar çox gözəldir. Şuşadan sonra bizim Ağdam və Kəlbəcərə səfərimiz nəzərdə tutulur”.