Ödənişli təşviqatla bağlı 54 media orqanı MSK-ya müraciət edib Hadisə

Ödənişli təşviqatla bağlı 54 media orqanı MSK-ya müraciət edib

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar ödənişli təşviqatla bağlı 54 media orqanı Mərkəzi Seçki Komissiyasına müraciət edib.
APA-nın xəbərinə görə, bu barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
Həmin media orqanlarının siyahısı bu gün günün sonunda MSK-nın saytında yerləşdiriləcək.