Mebel emalatxanasında 10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı təqsirləndirilənlərin məhkəməsi başlayıb Hadisə
- 8 Avqust 12:39
- 1 673
10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb .
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Cinayət işinə yeni hakim təyin edildiyi üçün mahiyyəti üzrə baxılmayıb.
Növbəti proses 5 sentyabra təyin edilib.
Məlumat üçün bildirək ki, cari il yanvarın 15-də paytaxtın Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verməsi faktı əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
-
İsrail qaçqın düşərgəsini bombaladı - 40 ölü, 60 yaralı
-
Qərbin Kiyev rejimini silahlandırması ilə bağlı BMT TŞ-nin iclası keçiriləcək
-
Ukrayna ordusunun Avdiivka istiqamətindəki pulemyotçuları məhv edilib
-
Ukraynanın 14 PUA-sı vurulub
-
Trampla Harris arasında ilk debat keçiriləcək
-
Bakıda polis quldurluq əməlində şübhəli bilinən şəxsi zərərsizləşdirib
-
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Millətlər Liqasında Türkiyə İslandiyanı 3:1 məğlub etdi
-
Ağ Ev respublikaçıların Əfqanıstandan çəkilməklə bağlı hesabatına münasibət bildirib
-
İranda XİN rəhbərinin müavini nüvə proqramı üzrə xüsusi nümayəndə təyin edilib
-
İsrail Xan Yunisdə HƏMAS komandirlərindən ibarət qrupa zərbə endirdiyini açıqlayıb
-
Bayden ABŞ seçkilərinə müdaxiləyə görə sanksiyalar haqqında fərmanı bir il də uzadıb
-
KİV: İsrailin Xan Yunisə endirdiyi zərbə nəticəsində azı 40 fələstinli həlak olub
-
Sentyabrın 13-də Qərb silahlarının Kiyevə tədarükü ilə bağlı BMT TŞ-nin iclası keçiriləcək
-
Moskvaya və Rusiyanın digər bölgələrinə PUA hücumları olub
-
"Ermənistanla Azərbaycan arasında gələn il sülh müqaviləsi imzalana bilər"
-
XİN sözçüsü Mirzoyanın “sülh sazişi” və kommunikasiyalarla bağlı fikirlərinə münasibət bildirib
-
Bakalavriat səviyyəsinə əlavə yerləşdirmə ilə qəbul olunan şəxslərin qeydiyyatına başlanılıb
-
Dövlət əmlaklarının qiymətləri sərbəst şəkildə müəyyənləşdiriləcək
-
Doktorantura səviyyəsində illik təhsil xərclərinin yeni miqdarı təsdiqlənib
-
Vəzifəli gömrükçülərə qulluq yerini dəyişməklə bağlı kompensasiya ödənilməsi qaydası müəyyənləşib
-
Tarif Şurası tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin məbləğini təsdiqləyəcək
-
Batumidə Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin görüşü keçiriləcək
-
Təhsilalanlara düşən illik təhsil xərclərinin miqdarının artırılmasının səbəbi açıqlanıb
-
Vergi orqanlarının vəzifəli şəxsləri üçün elmi dərəcəyə görə əlavələr müəyyənləşib
-
Vəzifəli gömrükçülərə kirayə mənzil üçün ödəniləcək aylıq kompensasiya müəyyənləşib
-
MSK seçki dairələrindən daxil olan müraciətləri araşdırmağa başlayıb
-
Parlament seçkiləri ilə əlaqədar sosial şəbəkələrdəki 508 görüntü araşdırılıb
-
Azərbaycanda son 10 ildə yay aylarında ən çox yağıntı bu il qeydə alınıb
-
Ekspert: Azərbaycan Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrlə başqa ölkələrə örnək ola bilər
-
İsveç Ukraynaya 445 milyon dollarlıq hərbi yardım paketi ayırıb
-
Sumqayıtda 21 yaşlı tələbə 7-ci mərtəbədən yıxılaraq ölüb
-
Məzahir Pənahov: MSK-nın yekun protokolunu hazırlayıb Konstitusiya Məhkəməsinə göndərəcəyik
-
Rusiyada 48-i uşaq olmaqla 115 nəfər şaurmadan zəhərlənib
-
Estetik Mərkəzin direktorunun məhkəməsi başlayır
-
Azərbaycanın xüsusi təyinatlıları Qazaxıstanda çoxmillətli birgə təlimdə iştirak edir - FOTO
-
Kasım-Jomart Tokayev Azərbaycan Prezidentinə zəng edib
-
“Bloomberg”: İranın yeni ballistik raketlər göndərməsi Rusiya ilə NATO-nun toqquşma riskini artırır
-
Qazaxıstan Prezidenti: Astana Ermənistan-Azərbaycan sülh danışıqları üçün platforma rolunu oynamağa hazırdır
-
Azad edilmiş ərazilərdə daha 86 mina, 1583 PHS aşkarlanıb
-
“Razılaşdırılmayan əsas bənd Konstitusiya dəyişikliyi ilə bağlıdır”
-
Gəncə xəstəxanasında 1 milyon manat mənimsəməyə görə məhkəmə başlayır
-
Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər var
-
“Zəngəzurla bağlı İranın Putinə qarşı demarşı...
-
Makron Ukraynaya hərbi yardımı təhlükəyə atıb
-
Nəbi Xəzrinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
-
İranın Zəngəzur dəhlizi dərdi: Tehran indi də Moskvaya qarşı aqressivləşib - TƏHLİL
-
“Sanani körpüsünün açılışı bu münasibətlərdə yeni fəsildir”
-
“Bu, iki region arasında münasibətlərin gücləndiyini göstərir”
-
Yardımlıda tələbələrlə görüş keçirilib
-
Aİ müttəfiqləri İranın Rusiyaya ballistik raketlər verməsi ilə bağlı kəşfiyyat məlumatlarını paylaşıblar
-
Azərbaycana qrip əleyhinə peyvənd gətirilib, vaksinasiyaya başlanılır
-
Mourinyo Fredə alternativ tapıb
-
THY avqustda 8,4 milyon sərnişin daşıyıb
-
Hələlik heç bir kontur izlənilə bilməz - Peskov
-
Rusiyada təbaşir dövrünə aid dinozavrın izləri tapılıb
-
Azərbaycana 8 ildə 6 mindən çox elektrik mühərrikli nəqliyyat vasitəsi gətirilib
-
Sabahın hava proqnozu
-
Fələstin dövləti yaradılmalıdır
-
Peskov: Kreml Şoltsun Ukrayna ilə bağlı “sülh planı”nı mediadan eşidib