ABŞ Rusiya və Çin maşınlarını qadağan etdi
14 Yanvar 23:35
14 Yanvar 23:35
14 Yanvar 22:17
14 Yanvar 22:16
14 Yanvar 21:12
Sentyabrın ilk günü keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar avqustun 13-də 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlərə başlanılıb.
Dörd gün davam edəcək təlimlər zamanı səsvermə otağının təşkili qaydası, seçki günü məntəqə seçki komissiyalarının sədr, katib və üzvlərinin rol və vəzifələri, səsvermə günü məntəqələrdə kimlərin ola biləcəyi, seçki nəticələrinin elan edilməsi vaxtları, müşahidəçilərin və media nümayəndələrinin hüquqları, həmçinin digər məsələlər barədə ətraflı məlumatlar verilib.
AZƏRTAC xəbər verir ki, treninqlərdə 37 məntəqədən 222 nəfərin iştirakı nəzərdə tutulub.
Dairə seçki komissiyasının sədri Çingiz Dadaşov seçkilərə hazırlıq işlərinin gedişi, məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şəraitin yaradılması barədə məlumat verib. Təlim iştirakçılarına səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki prosesində müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması, səsvermə prosesinə dair praktiki tapşırıqlar və digər məsələlər, habelə yeni təlimat və göstərişlərlə bağlı ən son yeniliklər çatdırılıb. Təlim iştirakçılarına yaddaş kitabçası təqdim edilib. Treninqlərdə, həmçinin məntəqə seçki komissiyalarının üzvlərini maraqlandıran suallar cavablandırılıb.
“İnanırıq ki, budəfəki parlament seçkiləri çox maraqlı və şəffaf şəraitdə keçəcək. Bizim dairədə Milli Məclisə deputat mandatı qazanmaq uğrunda 7 namizəd mübarizə aparacaq. İndiyədək Yeni Azərbaycan Partiyasından 112, öz təşəbbüsü ilə 277 müşahidəçi qeydiyyatdan keçib. Sağlamlıq imkanları məhdud seçicilər üçün məntəqələrdə 12 pandus quraşdırılıb. Seçkilərin gedişini məntəqələrində quraşdırılmış 12 veb-kamera vasitəsilə izləmək mümkün olacaq”, - deyə o əlavə edib.
Ç.Dadaşov deyib ki, dairədə 47 min 577 seçici qeydə alınıb. 80-100 yaşlı seçicilərin sayı 707 nəfərdir, onların 213-ü kişi, 494-ü qadındır. Dairədə seçicilərin 366 nəfəri ilk dəfə səs verəcək. Onların 185-i kişi, 171-i isə qadındır.