ABŞ Rusiya və Çin maşınlarını qadağan etdi
14 Yanvar 23:35
14 Yanvar 23:35
14 Yanvar 22:17
14 Yanvar 22:16
14 Yanvar 21:12
Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə “Səyyar gənclər xidməti” layihəsi çərçivəsində “Zərərli vərdişlərə yox deyək” adlı növbəti təlim Siyəzəndə təşkil edilib.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib. Tədbirin açılış mərasimində Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev, layıhənin rəhbəri Ceyhun Bayramov, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aqşin Ağayev, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aqil Abdulov və həmin şöbəsinin məsləhətçisi Ramil Şirinov, Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatının sədri Samir Baxşıyev, müəllimlər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Təlim gənclərin narkotikdən asılılıq probleminə dair biliklərinin artırılması məqsədi daşıyıb. Təlimdə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili kimi məsələlərdən bəhs olunub. Gənclərə “802” qaynar xəttin fəaliyyət istiqaməti və digər məsələlər barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Bununla yanaşı, ucqar kəndlərdə yaşayan gənclər üçün “Gənclər siyasəti və dövlətçilik”, “Peşə seçimi və karyera”, “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları, robototexnika və incəsənət sahələrində masterklaslar təşkil olunub. Həmçinin vətənpərvərlik, karyera və rəqəmsal alətlərdən istifadəyə dair peşəkar şəxslərlə görüşlər keçirilib.
Sonda gənclərə İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları təqdim edilib.