Bu ilin altı ayında aparılan transplantasiya əməliyyatlarının sayı açıqlanıb Hadisə

Bu ilin altı ayında aparılan transplantasiya əməliyyatlarının sayı açıqlanıb

Bu ilin altı ayında 61 böyrək, 54 qaraciyər, 49 buynuz qişa, 21 sümük iliyi transplantasiyası əməliyyatları aparılıb.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.

O bildirib ki, 2024- cü ilin ilk altı ay ərzində aparılan əməliyyatlar ötən ilin müvafiq dövrü ilə müqayisədə daha çox olub.

Yeganə Abbasova qeyd edib ki, ölümündən sonra orqanlarını bağışlamaq üçün müraciət edənlər olsa da, onların sayı azdır.