Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödəniləcəyi vaxt açıqlanıb Hadisə

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödəniləcəyi vaxt açıqlanıb

Sentyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.