Yardımlıda tələbələrlə görüş keçirilib Hadisə

Yardımlıda tələbələrlə görüş keçirilib

Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə 2023-2024-cü tədris ilində rayonun tam orta təhsil müəssisələrini bitirərək ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək nəticə göstərən, tələbə adını qazanan məzunlarla görüş keçirilib. Görüş Yardımlı rayon Mədəniyyət Mərkəzində baş tutub.
“Gələcəyimiz,gəncliyimiz” adlı Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri Mərdan Seyidbəyli,Yardımlı rayon icra başçısının müavini Miramil Səmədli,Yardımlı rayonu üzrə təhsil sektorunun müdiri Kamal Təhməzov, ictimai birliyin üzvləri, şəhid ailələri, yüksək bal toplamış məzunların təhsil aldıqları məktəblərin direktorları, müəllimlər və valideynlər iştirak ediblər.
Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri Mərdan Seyidbəyli tələbə adını qazanmış məzunları, onların valideynlərini və müəllimllərini təbrik edərək Prezident cənab İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, o cümlədən Elm və Təhsil Nazirliyi tərəfindən təhsil sahəsinə xüsusi diqqət və qayğının göstərilməsindən, islahatların keçirilməsindən və nəticədə təhsil sahəsində yüksək nailiyyətlərin əldə olunmasından danışıb, ötən illərlə müqayisədə ali məktəbə qəbul olan məzunların sayının daha da çox olduğunu vurğulayıb.
600-dən çox bal toplamış tələbələrə qiymətli hədiyyələr, fəxri diplomlar, 500-dən çox bal toplamış tələbələrə fəxri diplomlar və pul mükafatı təqdim olunub. Bədii hissədən sonra yüksək bal toplamış tələbələrlə xatirə şəkli çəkdirilib.