Gəncə xəstəxanasında 1 milyon manat mənimsəməyə görə məhkəmə başlayır Hadisə
- 9 Sentyabr 15:15
- 1 316
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin Təcili və Təxirəsalınmaz Yardım Avtoparkı bölməsinin rəisi vəzifəsində işləmiş şəxslər - Hüseynov Vidadi Qaçay oğlu və Hüseynov Vüsal Vidadi oğlu, habelə həmin bölmənin dispetçeri Abdullayev Məhəbbət Əliş oğlunun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
İstintaqla Vidadi Hüseynovun Məhəbbət Abdullayevlə əlbir olaraq özlərində saxladıqları faktiki işə gəlməyən 36 nəfər işçiyə aid əməkhaqqı kartına köçürülmüş pul vəsaitini nağdlaşdırıb mənimsəmələrinə, eləcə də təqaüdə çıxdıqdan sonra tutduğu vəzifəyə təyin olunan Vüsal Hüseynovla birgə qanunsuz əməllərin davam etdirilməsini təşkil edərək nasaz vəziyyətdə olan avtomobillərə normadan artıq yanacağın sərf edilməsi barədə rəsmi sənədləri saxtalaşdırmasına, sadalanan qanunsuz yollarla əldə etdiyi ümumilikdə 1,1 milyon manatdan artıq pul vəsaitinin bir hissəsini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında və digər ünvanlarda aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənəd və digər sübutlar aşkar edilərək götürülüb.
Toplanmış sübutlar əsasında Vidadi Hüseynov, Vüsal Hüseynov və Məhəbbət Abdullayev Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 179.3.2, 32.3,179.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən mənimsəmə və bu cinayəti təşkil etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2, 32.3,308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə və bu cinayəti təşkil etmə), 313 və 32.3,313-cü (vəzifə saxtakarlığı və bu cinayəti təşkil etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
-
İstanbulda Azərbaycan və Türkiyənin ortaq mədəni dəyərləri təqdim olunub
-
Rusiya daha 1020 hərbçisini itirib
-
Cəbrayılın Şükürbəyli kəndində 48 fərdi evin tikintisinə 7,7 mln. manat xərclənəcək
-
Nazir müavini: İlin sonuna xidmətlərin 15%-i rəqəmsal formaya keçiriləcək
-
Qarabağ Universiteti tələbələrinin Xankəndidə yerləşdirilməsinə başlanılıb
-
Prezident İlham Əliyev Əlcəzairin yeni səfirinin etimadnaməsini qəbul edib
-
Rusiyada helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb - YENİLƏNİB
-
AÇG layihəsi üzrə əsaslı xərclər 45 mlrd. dollara çatıb
-
İran Avstriya vətəndaşını həbsdən azad edib
-
Hindistanda sürətlə yayılan virusa görə bir ştatda karantin elan edilib
-
Qızıl və gümüş yenidən ucuzlaşıb
-
Dünya bazarlarında neft bahalaşır
-
Azərbaycan nefti cüzi ucuzlaşıb
-
FHN sürücülərə müraciət edib
-
Azərbaycan QHT-ləri ABŞ və Aİ-də Rusiyaya sanksiyaların tətbiqi və icrasına nəzarət edən qurumların rəhbərlərinə açıq məktub ünvanlayıb
-
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
-
8 Noyabr prospektində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib
-
Bakıda avtobus velosipedçini vuraraq öldürüb
-
Ucarda yol qəzası olub, ölən var - FOTO
-
Amurda helikopter qəzaya uğrayıb - 3 nəfər ölüb
-
Bu günün valyuta məzənnələri
-
PKK-nın qırmızı kateqoriyada axtarışda olan məsul şəxsi zərərsizləşdirilib
-
Bakıda növbəti təhlükəsizlik forumu keçirilib
-
Rusiyada tanınmış azərbaycanlı vəkil Elman Paşayev saxlanılıb
-
Trampa sui-qəsd edəni 20 ilə qədər həbs cəzası gözləyir
-
Ekvador prezidenti ölkədə xarici bazaların yerləşdirilməsi üçün konstitusiyaya dəyişiklik etməyi təklif edib
-
Zimbabve prezidentinin helikopteri havaya qalxdıqdan sonra qəzaya uğrayıb
-
Bakıda moped minik avtomobilinə, digər maşın isə onlara çırpılıb
-
Bayden sui-qəsd cəhdindən sonra Trampla əlaqə saxlaya bilməyib
-
Şahmat üzrə qadınlardan ibarət yığmamız Vyetnam üzərində qələbə qazanıb
-
Gürcüstanın hakim partiyasının icraçı katibi: ABŞ sanksiyaları ölkədəki seçkilərə müdaxilədir
-
"ABŞ Gürcüstanda parlament seçkilərinə müdaxilə edir"
-
Ronaldonun komandası mövsümə heç-heçə ilə başlayıb
-
Maduro Trampı yeni sui-qəsd cəhdini müstəqil şəkildə araşdırmağa çağırıb
-
Fransa parlamenti Makronun impiçmenti ilə bağlı qətnaməyə baxacaq
-
Dövlət Departamenti Tayvana 228 milyon dollar dəyərində ehtiyat hissələrin satışına icazə verib
-
Trampın qətlində şübhəli bilinən şəxsin atəş açmağa vaxtı olmayıb
-
Rusiya "Crocus City Hall"da törədilən terraktla bağlı daha üç dövlətə müraciət edib
-
Almaniya Ukraynaya altı özüyeriyən artilleriya qurğusu göndərir
-
Rusiya və Çin ABŞ-ın düşməni deyil - Tramp
-
Çexiyada daşqın nəticəsində ölənlərin sayı artıb
-
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Ukraynanın 9 PUA-sı məhv edilib
-
ABŞ Dövlət katibi Prezident İlham Əliyevə zəng edib
-
Blinken: ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunması üçün səylərini əsirgəməyəcək
-
MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib
-
Dövlət katibi Azərbaycanla ABŞ-ın COP komandalarının yaxından əməkdaşlıq etdiklərini bildirib
-
Ukrayna 936 gündə 18 150 ədəd tankını itirib
-
Nazim Bəydəmirliyə cəza istənilib
-
Xaricdə işə düzəltmə vədi ilə külli miqdarda pul ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb
-
Azad edilmiş ərazilərdə daha 59 mina, 690 PHS aşkarlanıb
-
İran Prezidenti: Azərbaycanla layihələrin gerçəkləşdirilməsi nəzərdən keçirilir
-
Bayden: ABŞ Məxfi Xidmətinin daha çox köməyə ehtiyacı var
-
Türk Dünyası Gənc Yazarlarının I Bakı forumu keçiriləcək
-
Hadrut və Tuğ kəndinin daxili yollarının tikintisi üçün 13 mln. manat xərclənəcək
-
Heydər Əliyev Fondu tərəfindən Ağstafanın Zəlimxan kəndində yeni məktəb binası inşa edilib - FOTO
-
Birinci vitse-prezident məktəblilərə uğur arzulayıb
-
Avropada işlə təminat adı ilə dələduzluq edən şəxslərin cinayət işi məhkəməyə göndərilib
-
Gürcüstan Baş naziri: Azərbaycanla Ermənistan arasında sülh prosesini alqışlayırıq
-
Çaylardan sel keçəcək - XƏBƏRDARLIQ