Sabunçuda marşrut avtobusu piyadanı vuraraq öldürüb Hadisə

Sabunçuda marşrut avtobusu piyadanı vuraraq öldürüb

Sabunçuda 46 saylı marşrut avtobusu piyadanı vuraraq öldürüb.

APA xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsi istiqamətində qeydə alınıb.

Belə ki, "DAEWOO" markalı sərnişin avtobusu "Bakıxanov Ticarət Mərkəzi"nin yaxınlığında yolu keçən piyada 1971-ci ildə təvəllüdlü Xudiyev Elmidar Kazım oğlunu ehtiyatsızlıqdan vurub.

Hadisə nəticəsində müxtəlif xəsarətlər alan piyada müalicə aldığı xəstəxanada ölüb.

Fakt araşdırılır