Bakı metrosunun iki xəttində qatarların hərəkətində yubanma yaranıb Hadisə

Bakı metrosunun iki xəttində qatarların hərəkətində yubanma yaranıb

"Qara Qarayev" stansiyasında sərnişin vaqon qapısının qəza açılıb-bağlama kranından istifadə etdiyi üçün maşinist həmin qapıya baxış keçirib və kranı normal statik vəziyyətinə qaytarıb. Bunun nəticəsində "Yaşıl" və "Qırmızı" xətlərdə intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb.

Bakı Metropolitenindən "APA-Economica"ə verilən məlumata görə, həmin qatarın maşinisti qatar hərəkətdə ikən həmin qapının normal rejimdə işləmədiyi barədə dispetçerə məlumat verib. Bu səbəbdən qatar baxış keçirilməsi məqsədilə "Nərimanov" stansiyasında xətdən çıxarılıb. Əvəzinə qatar verilib.