İsmayıllıda 4 otaqlı evdə yanğın olub Hadisə

İsmayıllıda 4 otaqlı evdə yanğın olub

İsmayıllı rayonunun Qalınçaq kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.