Coffeein tətbiqi “Ən Uğurlu Layihə” mükafatını qazanıb Hadisə

Coffeein tətbiqi “Ən Uğurlu Layihə” mükafatını qazanıb

Ötən həftə Four Seasons Hotel-də Azərbaycanın innovasiya ekosisteminin inkişafına töhfə vermək, yerli startapların layihələrini investorlara təqdim etməsinə və xarici bazarlara çıxmasına dəstək olmaq, əlaqələrini genişləndirmək məqsədilə dövlət və özəl sektorun iştirakı ilə növbəti tədbir keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı və “Özbahçeci İnvest Club”un təşkilatçılığı ilə keçirilmiş “İnvestisiya turu” adlı tədbirində 36 startap iştirak edirdi.

Tədbirdə altı yerli startap layihəsini potensial investorlara təqdim edib. Coffeein layihəsi investorlar tərəfindən böyük maraqla qarşılanıb.

İnvestorlar tərəfindən aparılan dəyərləndirmə nəticəsində “Coffeein” startap-ı “Ən Uğurlu Layihə” mükafatı qazanıb!

Startap yaradıcıları bundan sonra da layihələrini daha da inkişaf etdirəcəklərini və yaxın zamanda istifadəçilərini müxtəlif sürpriz yeniliklərlə təəccübləndirəcəklərini bildiriblər.

Bəs Coffeein nədir?

Qeyd edək ki, Coffeein 2024-cü ildə gənc və ambisiyalı komanda tərəfindən yaradılıb, kofe sevənlər, ofislərdə çalışan və gününü kofesiz təsəvvür edə bilməyən insanları bir araya toplamaq və onların xərclərinə qənaət etməkdə köməklik göstərmək üçün nəzərdə tutulub.

Tətbiqin hazırda 100-dən çox partnyoru və 8000-dən çox istifadəçisi mövcuddur. Coffeein istifadə edənlər iki növ ödəniş imkanından faydalana bilərlər.

Standart istifadə imkanı ilə İstifadəçilər bank kartı vasitəsilə hesabını artırıb, tətbiqdə istədikləri partnyoru seçib, məkanda aldıqları kofe, kokteyl, desert və digər məhsulları Coffeein stikerindəki QR kodu tətbiq vasitəsilə oxudub ödəniş edirlər. Bu zaman onlar partnyorlardan 10-20% aralığında yüksək keşbek qazanmış olurlar.

İkincisi isə Premium abunəlikdir. 1, 3, və 12 aylıq abunəliklər mövcuddur.

1 aylıq abunəlik üçün 107 AZN, 3 aylıq abunəlik üçün 221 AZN və 1 illik abunəlik üçün isə 1070 AZN ödəmək lazımdır.

1 aylıq abunəlik müştərilərə nə verir?

1 aylıq limitsiz kofe içmək imkanı*

Məsafədən sifariş funksiyası

Daha çox keşbek qazanmaq

Tətbiqin “icon”nu dəyişmək

Özəl qaranlıq rejimi

* limitsiz kofe ədalətli istifadə qaydalarına görə hər 5 saatdan bir 1 ədəd kofe sifariş etmək imkanı ilə tətbiq olunur.

Coffeein müştəriləri məsafədən sifariş edərkən kofenin hazır olma müddətini özləri təyin edə bilirlər, məkanda olaraq belə bu funksiyadan istifadə edib sifarişini götürüb məkanda əyləşə bilirlər. Premium abunəlik almaqla isə aylıq təxminən 300-400 manat büdcələrinə qənaət etmiş olurlar.

Üstəlik, bu tarifə abunə olmuş şəxslər balansından əlavə sifariş ödəyən zaman artırılmış keşbek qazanmaq imkanına sahibdirlər.

Coffeein tətbiqini bu linkə smartfon vasitəsilə keçid edərək yükləyə bilərsiniz: https://coffeein.az/app