Şəmkirdə yük maşını dərəyə aşıb, xəsarət alanlar var Hadisə

Şəmkirdə yük maşını dərəyə aşıb, xəsarət alanlar var

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gədəbəy-Şəmkir avtomobil yolunun Yasamal adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "KAMAZ" markalı yük maşını idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı sürücü və onun sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Xəsarət alanlar Gədəbəy rayon sakinləri 1989-cu il təvəllüdlü R. 1986-cı il təvəllüdlü O.Məmmədovdur. Onların vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.