Naxçıvanda 3797 uşaq birinci sinfə, 3171 uşaq məktəbə hazırlığa qəbul olunub Hadisə

Naxçıvanda 3797 uşaq birinci sinfə, 3171 uşaq məktəbə hazırlığa qəbul olunub

Bu il Naxçıvan Muxtar Respublikasında birinci sinfə 3797 uşaq, məktəbə hazırlığa isə 3171 uşaq elektron qaydada qəbul olunub.

Bu barədə APA-ya Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, 2024-2025-ci tədris ilində muxtar respublikada orta məktəblərdə 52 mindən artıq şagird təhsil alacaq.

Cari tədris ilinin ilk dərsi “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.