Şəmkirdə minik maşını aşıb, sərnişin ölüb Hadisə

Şəmkirdə minik maşını aşıb, sərnişin ölüb

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan sərnişin 1997-ci il təvəllüdlü E.Həsənov hadisə yerində ölüb. Qeyd edək ki, qəzada dünyasını dəyişən şəxs polis kapitanı E.Həsənovdur.

Faktla bağlı araşdırma aparılır.