Parlament seçkilərində 46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb Hadisə

Parlament seçkilərində 46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar ümumilikdə 46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb.

APA-nın xəbərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının yekun protokolunda əksini tapıb.

Onlardan 3-ü dairə seçki komissiyaları, 43-ü MSK tərəfindən etibarsız sayılıb.

MSK-nın ləğv etdiyi 43 məntəqədən 20-si bugünkü iclasda olub.