Cəbrayılın Şükürbəyli kəndində 48 fərdi evin tikintisinə 7,7 mln. manat xərclənəcək Hadisə

Cəbrayılın Şükürbəyli kəndində 48 fərdi evin tikintisinə 7,7 mln. manat xərclənəcək

Cəbrayıl rayonunun Şükürbəyli kəndində fərdi yaşayış evlərinin tikintisinə 8 milyon manata yaxın vəsait xərclənəcək.

"APA-Economics" xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bununla bağlı tender keçirib. Tenderin qalibi “Ağa-EE İnşaat” MMC olub.

Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 48 fərdi yaşayış evinin tikintisi üzrə şirkətlə 7 milyon 664 min 194 manat dəyərində müqavilə imzalanıb.

Başqa sözlə, bir fərdi yaşayış evinin tikinti xərci orta hesabla 159,6 min manat təşkil edir.

Qeyd edək ki, “AĞA-EE İNŞAAT” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb, şirkətin qanuni təmsilçisi Ağalı Natali Qaçay qızı, nizamnamə kapitalı isə 10 manatdır.