Sumqayıtda 20 yaşlı oğlan tikintidə yıxılaraq ölüb Hadisə

Sumqayıtda 20 yaşlı oğlan tikintidə yıxılaraq ölüb

Sumqayıtda fəhlə işləyən gənc hündürlükdən yıxılaraq ölüb.

APA xəbər verir ki, hadisə Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

2004-cü il təvəllüdlü Bərdə rayon sakini Səfərov Səfaralı Faiq oğlu tikintidə işləyərkən ehtiyatsızlıqdan yıxılıb və hadisə yerində ölüb.

Fakt araşdırılır.