Ölkə ərazisində yaşayan əcnəbilərin inteqrasiyası: nəzəriyyə və praktika – Ekspertlərin təklifi Hadisə

Ölkə ərazisində yaşayan əcnəbilərin inteqrasiyası: nəzəriyyə və praktika – Ekspertlərin təklifi

AXC TV-nin “Azad meydan” verilişində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən həyata keçirilən “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya naminə səylərin səfərbər edilməsi” layihəsinin birinci efir müzakirəsi keçirilib.

Verilişdə qonaq qismində iştirak edən “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya naminə səylərin səfərbər edilməsi” layihəsinin rəhbəri Azər Allahverənov və ekspert, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Bakı ofisinin layihə əməkdaşı Lamiyə Rzayeva-Əhmədli mövzu ilə bağlı sualları cavablandırıblar.

Müzakirə zamanı ölkə ərazisində yaşayan əcnəbilərin inteqrasiyası: nəzəriyyə və praktika məsələləri diqqət mərkəzində olub.

Ətraflı videoda: