Ölkə üzrə pensiyaların ödənilməsi sentyabrın 20-də yekunlaşacaq Hadisə

Ölkə üzrə pensiyaların ödənilməsi sentyabrın 20-də yekunlaşacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə APA-ya DSMF-dən məlumat verilib.

Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.