Şabranda yanğın olub Hadisə

Şabranda yanğın olub

Şabran rayonunun Surra kəndində yanğın olub.

APA FHN-ə istinadən xəbər verir ki,ümumi sahəsi 65 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə, 14 ton ot bağlaması və tövləyə bitişik, ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyaları yanıb.

Qeyd edilib ki, tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.