Nazir müavini: COP29-a hazırlıq iki istiqamət üzrə aparılır Hadisə

Nazir müavini: COP29-a hazırlıq iki istiqamət üzrə aparılır

Azərbaycanın Energetika Nazirliyi tərəfdaşlarla birlikdə Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfrasının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində iki istiqamət üzrə işlər aparır.

"APA-Economics" xəbər verir ki, bu barədə 12-ci Beynəlxalq “Caspian Energy Forum”unda çıxış edən energetika nazirinin müavini Orxan Zeynalov deyib.

Onun sözlərinə görə, birinci istiqamət COP29-da sədrliyin gündəliyinin enerji təşəbbüsləri ilə bağlıdır. İkinci sahə bilavasitə COP29 zamanı və ondan öncəsi təşkil olunacaq enerji tədbirləri ilə bağlıdır.

Nazir müavini onu da qeyd edib ki, Energetika Nazirliyi COP29 çərçivəsində ümumilikdə 15 tədbir keçirməyi planlaşdırır.