Yaxın günlərdə Azərbaycanın iqlim təşəbbüsləri BMT-nin Baş Assambleyasında irəli sürüləcək Hadisə

Yaxın günlərdə Azərbaycanın iqlim təşəbbüsləri BMT-nin Baş Assambleyasında irəli sürüləcək

“Qlobal təşəbbüslər sırasında ən önəmli təkliflərdən biri İqlim fəaliyyəti üçün su təşəbbüsüdür”.

APA xəbər verir ki, bunu bu gün Bakıda keçirilən 12-ci Beynəlxalq “Caspian Energy Forumu”nda COP29 Fəaaliyyət gündəliyinin qlobal təşəbbüslər qrupunun həmsədri Elmar Məmmədov çıxışı zamanı deyib.

O bildirib ki, bununla bağlı qlobal səviyyədə iki koalisiyanın yaradılması nəzərdə tutulub. COP prezidentləri arasında bu koalisiya şəhərlər səviyyəsində və sağlamlıq kontekstində mövzunun davamlılığını təmin edəcək:

“Yaxın günlərdə BMT-nin Baş Assambleyası çərçivəsində “Gələcək sammiti” təşkil olunacaq. Azərbaycanın irəli sürdüyü bu təşəbbüslər irəli sürüləcək".