Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
Ölkəmiz artıq aylardır hazırlıq görülən COP29 tədbirinin astanasındadır. Tədbir çərçivəsində dünya ölkələrindən on minlərlə insan Azərbaycana axın edəcək.COP29-la bağlı Bakıda mühüm hazırlıq işləri görülür.
Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır.
Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir.
Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib.
AZƏRTAC-ın ABŞ müxbirinin COP29-a hazırlıqla bağlı sualına cavabında BMT-nin Baş katibinin sözçüsü Stefan Dujarrik deyib ki, Baş katib COP29-un çox uğurlu olacağına inanır”.
Onun sözlərinə görə, tədbirə hazırlıqla COP29 nümayəndə heyəti ilə BMT-də çoxsaylı müzakirələr baş tutacaq. “Bu tədbir bizim iqlim dəyişikliyi ilə mübarizə apardığımız çox kritik dövrdə baş verir. Baş katibin də dediyi kimi bu mübarizə düzgün yolla getmir və yenilənmiş öhdəlik və fəaliyyətlərə ehtiyac var. Əminəm ki, müzakirələr zamanı bır sıra regional məsələlər də gündəmə gətiriləcək”, - deyə BMT sözçüsü qeyd edib.
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev İtki və Zərərə Cavab Fondunun İdarə Heyətinin sentyabrın 18-də Bakıda keçirilən 3-cü iclasında deyib ki, tərəfdaşlar olaraq biz iqlim dəyişikliyi ilə mübarizəni gücləndirməli, dəyən zərərlə bağlı müvafiq işlər görməli, İtki və Zərərə Cavab Fondunun fəaliyyətini gücləndirməliyik. M.Babayev bildirib ki, COP29 ərəfəsində biz ötən illərdə keçirilmiş tədbirlərin əldə etdiyi nəticələrə əsaslanaraq irəli getməliyik.
Onun sözlərinə görə, iqlim dəyişikliyinin fəsadları təbiətə vurulan ziyan və insan itkiləri ilə müşahidə olunur. Bunun bariz nümunəsindən biri də Asiya ölkələrində tüğyan edən tayfunlar, daşqınlardır. Həmin təbiət hadisələri nəticəsində qitə ölkələri ciddi itkilərə məruz qalıb.
Vurğulayıb ki, iqlim dəyişikliyindən zərər çəkən ölkələrə yardım göstərmək borcumuzdur.
Muxtar Babayev söyləyib ki, Azərbaycan COP29-un keçirilməsi üçün bir neçə il idi ki, müxtəlif layihələrlə dünyanın diqqətini cəlb edirdi.
“Bu forumun keçirilməsi üçün ölkəmiz bir neçə il idi ki, müxtəlif layihələrlə – yaşıl enerji layihələri ilə (dünyanın) diqqətini cəlb edirdi. Ölkəmiz bu sahədə ən qabaqcıl layihələrlə çıxış edir. Dövlət başçısının bu sahədə çox böyük önəm verdiyi yaşıl enerji layihələri, zonaları, koridorları var. Bütün bu layihələr dünyanın da marağını cəlb edib. Burada Azərbaycan öz liderliyini göstərməklə noyabr ayında bütün ölkələri Azərbaycana dəvət edib. Burada Bakı iqlim danışıqlarının aparılmasına müvafiq şərait yaradıb”, – o qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan regionda ən çox beynəlxalq konvensiyalara qoşulan ölkələrdəndir.
“Azərbaycan regionda ən çox beynəlxalq konvensiyalara qoşulan ölkələrdəndir – 20 konvensiyaya qoşulmuşuq. Konvensiyalar, demək olar, ətraf mühitin mühafizəsi və iqlim problematikası üzrə əsas konvensiyalardır. Onların icrası Azərbaycanda uğurla həyata keçirilir. Azərbaycan bu sahədə aparıcı dövlət kimi özünü göstərib. Biz buna regional əməkdaşlıq formasında baxırıq. Burada həm Qafqaz, həm də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqdan söhbət gedir”, – Muxtar Babayev qeyd edib.
O vurğulayıb ki, postsovet məkanında ilk dəfə Azərbaycanda keçiriləcək COP tədbiri “böyük məsuliyyətdir”: “Biz burada iqlim danışıqlarından başqa, ətraf mühitin mühafizəsi ilə bağlı digər məsələlərin də müzakirəsinə imkan yaradacağıq .Əsas məsələlərdən biri maliyyələşdirmədir ki, iqlim gündəliyinin həlli üçün və iqlim dəyişikliyi ilə mübarizədə daha çox maliyyə resurslarının formalaşdırılması, ölkələr tərəfindən maliyyə yardımlarının təşkil olunması müzakirə predmeti olacaq”.
Deputat Cavanşir Feyziyev isə deyib ki, Azərbaycanın mövcud mürəkkəb beynəlxalq münasibətlər sistemində uğurlara imza atması qlobal səviyyədə aktuallıq kəsb edən məsələlərin həllinə töhfələr verməsi bəzi Qərb dairələri tərəfindən həzm edilə bilmir. Bu qüvvələr Azərbaycanın güclənməsində maraqlı olmadığından öz ənənələrinə sadiq qalaraq ölkəmizin nüfuzuna xələl gətirmək üçün qarayaxma kampaniyasına rəvac verməkdədirlər. Onlar bunun üçün xristian səlibçiliyindən, islamafobiyaya kimi bütün faktorlardan istifadə edirlər.
Deputat bildirib ki, Azərbaycanın uğurla hazırlaşdığı qlobal iqlim dəyişikliyinə qarşı COP29 Zirvə toplantısı yaxınlaşdıqca bu qüvvələr daha fəallaşmaqdadır. "Çünki həmin qüvvələr Azərbaycanın qlobal iqlim dəyişikliyi sahəsinə də ciddi töhfələr vermək qabliyyıtinə və potensialına malik olduğunu görürlər. Prezident İlham Əliyevin hər zaman qlobal çağırışlara çevik reaksiya verərək Azərbaycanın nəinki iqtisadi gücü və qüdrətinin artmasına, həmçinin büynəlxalq münasibətlər sistemində ciddi rol oynayan böyük nüfuza malik ölkəyə çevrilməsinə nail olub. Cənab Prezident qlobal çağırışlaırn növbəti mərhələsi kimi, "yaşıl enerji" və "yaşıl iqtisadiyyata" keçid istiqamətində də çevik siyasət yürütməklə beynəlxalq münasibətlər sistemində Azərbaycanın ciddi aktor roluna malik bir ölkə olduğunu ortaya qoyub. Bu da təbii ki, Qərbdəki anti-Azərbaycan gücləri ciddi narahat edir. Onlar Azərbaycanın bu sahədə də böyük potensiala malik olduğunu bilirlər. Bu baxımdan Azərbaycanın həm güclənməsinə, həm də beynəlxalq nüfuzuna kölgə salmağa çalışırlar. Elə son vaxtlarda Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycana dair açıqladığı səyahət xəbərdarlığı, AŞPA-nın almaniyalı deputatı Frank Şvabenin ölkəmizə qarşı əsassız və qərəzli açıqlamalarla çıxış etməsi bunun bariz nümunəsidir. Əslində bu cür hücumlar Azərbaycan üçün yenilik deyil. Azərbaycan illərdir belə hücumların, qərəzli siyasətin şahidi olmaqdadır. Qərbin Azərbaycanın uğurlarına kölgə salmaq üçün çıxmadıqları oyunlar qalmayıb. Biz növbəti dəfə bu cür sifarişlər əsasında ölkəmizə qarşı əsassız və qərəzli fəaliyyətin şahidi oluruq", - o qeyd edib.
Deputat onu da əlavə edib ki, bu ölkələr bir zamanlar Ermənistanın işğlaçılıq siyasətinə dəstək verirdilərsə, indi də Ermənistanı yenidən silahlandırma yolunu seçməklə Cənubi Qafqazda dayanıqlı sülhə, sabitliyə və əməkdaşlığa mane olub gərginlik yaratmaq istəyirlər: "Amma bu qüvvələr indiyədək Azərbaycanı tutduğu yoldan döndərə bilməybilər və bundan sonra da döndərməsi qeyri-mümkündür. Azərbaycan növbəti uğurlara imza atmaqla həmin Qərbdəki dairələrin oyunlarını iflasa uğradacaq. Azərbaycan düşmənlərini, istəməyənləri beynəlxalq miyqasda sülhə, sabitliyə. inkişafı. təhlükəsizlik sisteminə verdiyi real töhfə ilə məyus etməyi çox gözəl bacarır. Azərbaycan növbəti mərhələlərdə də yürütdüyü siyasətlə nəinki dövlətin güclənməsi və qüdrətlənməsinə nail olacaq, eyni zamanda beynəlxalq münasibətlərə sistemində yeni-yeni qələbələrə imza atmaqla düşmənlərini pərişan edəcək".
Cavid