Biləsuvarda minik maşını traktorla toqquşub, 4 nəfər xəsarət alıb Hadisə

Biləsuvarda minik maşını traktorla toqquşub, 4 nəfər xəsarət alıb

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Biləsuvar rayonunun Ağayrı kəndi ərazisində qeydə alınıb. "Hyundai" markalı minik avtomobili ilə traktorun toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına aparılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna bildirilib ki, saat 13 radələrində Bəhrəmtəpə-Biləsuvar yolunun Ağayrı kəndindən keçən hissəsində R.Hümmətovun idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə Ə.Abıyevin idarə etdiyi "Belarus" markalı traktor toqquşub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü və minik maşınında olan 2 nəfər sərnişin xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.