Bakıda 18 yaşlı "AUDİ A6" sürücüsü piyada qadını vuraraq öldürüb Hadisə

Bakıda 18 yaşlı "AUDİ A6" sürücüsü piyada qadını vuraraq öldürüb

Bakıda 18 yaşlı sürücü piyadanı vuraraq öldürüb.

APA xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.

2006-cı il təvəllüdlü Sultanov Ayaz Rəsul oğlu idarə etdiyi "AUDİ A6" minik markalı avtonəqliyyat vasitəsi ilə Mərdəkan qəsəbəsi ərazisində hərəkətdə olarkən yolu keçən piyada - 1972-ci il təvəllüdlü Əliyeva Kəklik Əli qızını vurub.

Nəticədə sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Fakt araşdırılır.