Nazir müavini: Dayanıqlı inkişafla bağlı standartlar qanunvericiliyə daxil edilməlidir Hadisə

Nazir müavini: Dayanıqlı inkişafla bağlı standartlar qanunvericiliyə daxil edilməlidir

Yaşıl iqtisadiyyata keçid təbii sərvətlərin israfının qarşısını almaqla yanaşı enerjiyə qənaət imkanları yaradır.

“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Mühasiblərin və Auditorların VIII Avrasiya Forumunda çıxışı zamanı maliyyə nazirinin birinci müavini Azər Bayramov deyib.

O bildirib ki, yaşıl iqtisadiyyata keçid həmçinin maliyyə və mühasibatlıq sahəsində yeni yanaşmanı zəruri edir.

“Dayanıqlı İnkişaf Şurası tərəfindən dayanıqlı inkişafla bağlı iki standart qəbul edilib. Azərbaycanda bir sıra şirkətlər, o cümlədən Azərbaycan Beynəlxalq Bankı könüllü qaydada bu standartları tətbiq edir. Bu prosesi qanunvericilik çərçivəsinə salmaq lazımdır. Bununla bağlı hazırda işlər gedir”- Azər Bayramov əlavə edib.