Beyləqanda 69 yaşlı kişi 31 yaşlı həmkəndlisinə silahla xəsarət yetirib Hadisə

Beyləqanda 69 yaşlı kişi 31 yaşlı həmkəndlisinə silahla xəsarət yetirib

Beyləqanda güllələnmə olub.

APA xəbər verir ki, hadisə Beyləqan şəhərinin ərazisində yerləşən torpaq sahəsində qeydə alınıb.
Şəhər sakini 1955-ci il təvəllüdlü Adil Əkbər oğlu Kərimov özünə məxsus “İJ-30” markalı tir tüfəngindən açdığı atəşdən həmyerlisi 1993-cü il təvəllüdlü Şamo Şəmşir oğlu Hüseynova xəsarət yetirib.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Araşdırmalar aparılır.