Bərdədə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 5 kiloqram marixuana aşkarlanıb Hadisə

Bərdədə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 5 kiloqram marixuana aşkarlanıb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin alqı-satqısını təşkil etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Məmmədəli Məmmədov saxlanılıb.

APA xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Ondan 5 kiloqrama yaxın narkotik vasitə marixuana aşkalanıb.

M.Məmmədov ifadəsində marixuananı İrandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirdiyini və satışını təşkil etmək üçün yaşadığı Bərdə rayonuna gətirdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.