“Təbabət deyir ki, sən özünü bu yolla xəstəliklərdən qoruya bilərsən”-Vaqif Qarayev Hadisə

“Təbabət deyir ki, sən özünü bu yolla xəstəliklərdən qoruya bilərsən”-Vaqif Qarayev

“Əhali arasında peyvəndə qarşı müsbət fikir yoxdur”. Bunu xalqcebhesi.az-a açıqlamasında tanınmış həkim-pediatr Vaqif Qarayev söyləyib. O, bildirib ki, bizim xalq təkcə qripə qarşı peyvəndə yox, ümumiyyətlə, peyvəndə düşmən kimi baxır: “Təbabət deyir ki, sən özünü bu yolla xəstəliklərdən qoruya bilərsən, amma hamı ayağa qalxır ki, peyvənd lazım deyil, təhlükəlidir. Dünya tibb elmi hələ hansısa peyvəndin kütləvi fəsadı haqqında heç bir məlumat verməyib. Bildirim ki, COVİD peyvəndi ilə bağlı bəzi ölkələrdə hətta məhkəmə çəkişməsi var, lakin o da təsdiqini tapmayıb ki, o peyvənd zərərli olub, yoxsa yox”.