“Qrip virusunun 4 ştammı var” Hadisə

“Qrip virusunun 4 ştammı var”

“Qrip virusunun 4 ştammı var”. Bunu xalqcebhesi.az-a açıqlamasında tanınmış həkim-pediatr Vaqif Qarayev söyləyib: “Qrip peyvəndinə gələndə isə qrip virusunun A,B,C,D və s. kimi ştamları var. Ən çox yayılanı elə ilk sadaladığım A,B,C,D ştamlarıdır. Əslində öncədən hansı ştam yayılacaq öyrənilir. Məsələn, Azərbaycanda payızda qripin hansı ştamları yayılacaqsa əvvəlcədən öyrənilir və o aylarda həmin ştama qarşı peyvəndə başlanılır. İndi bildiyim qədəri ilə qripin 4 ştamına qarşı Azərbaycana peyvənd gətirilib və poliklinikalarda bu peyvəndlərdən istifadə edirlər”.