“Sosial şəbəkələr əhalini ayağa qaldırır ki, peyvənd etdirməyin” Hadisə

“Sosial şəbəkələr əhalini ayağa qaldırır ki, peyvənd etdirməyin”

“Peyvəndin ciddi bir fəsadını görməmişəm. Əhali övladlarını peyvənd etdirməlidir”. Bunu xalqcebhesi.az-a açıqlamasında tanınmış həkim-pediatr Vaqif Qarayev söyləyib: “Sosial şəbəkələr əhalini ayağa qaldırır ki, peyvənd etdirməyin. Açığı mən bu qədər vaxtda hansısa peyvənddən ciddi bir fəsad görməmişəm. Sizin vasitənizlə əhaliyə müraciət edirəm ki, əgər sizin uşaqlarınız tez-tez xəstələnirsə, yaxşı olar ki, uşaqlarınızı peyvənd etdirəsiniz. Keçən il influenza qrip virusu yayılmışdı və xüsusən 5 yaşa qədər uşaqlarda çox ciddi ağırlaşmalar verirdi. Yəni biz bütün bu epidemiyalardan qorunmaq istəyiriksə, uşaqlarımızı gərək peyvənd etdirək”.

Sonda V.Qarayev vurğulayıb ki, peyvənd həkimin tövsiyəsidir, tibb hökm etmir, sadəcə tövsiyə edir ki, peyvdən etdirsəniz xəstələnməzsiniz.