Azərbaycandan Gürcüstandakı azərbaycandilli məktəblərə on minlərlə dərsliklər göndərilib Hadisə

Azərbaycandan Gürcüstandakı azərbaycandilli məktəblərə on minlərlə dərsliklər göndərilib

Azərbaycanın Elm və Təhsil Nazirliyi 2024-2025-ci tədris ili üçün Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərə dərsliklər göndərib.

Gürcüstan mətbuatı xəbər verir ki, dərsliklər bu gün Azərbaycanın Gürcüstandakı Səfirliyinin vasitəçiliyi ilə Gürcüstan Təhsil və Elm Nazirliyinə təqdim edilib.

Gürcüstan tərəfinə 18 adda 23 min 960 ədəd Ana dili və ədəbiyyatı dərsliyi çatdırılıb və azərbaycandilli məktəblərə paylanacaq.

Cavid