Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, 1,6 kq heroin aşkarlanıb Hadisə

Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, 1,6 kq heroin aşkarlanıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.

APA PX-ə istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbiri nəticəsində Novruzov Cahid Mikayıl oğluna məxsus ümumi çəkisi 1 kiloqram 630 qram narkotik maddə olan heroin Xəzər rayonu, Qala qəsəbəsində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.