“Peyvəndlərin hər il mövsümü qripə uyğun olaraq yenisi formalaşır” Hadisə

“Peyvəndlərin hər il mövsümü qripə uyğun olaraq yenisi formalaşır”

“Qrip insanlar arasında çox tez yayılan bir infeksiyadır. Hər il olduğu kimi mövsüm dəyişdikcə qrip yayılmağa başlayır. Yeni tədris ili başladığına görə də uşaqlar, insanlar arasında qrip daha tez yayılır”. Bunu sözləri xalqcebhesi.az-a açıqlamasında həkim-infeksionist Ləman Qalimova deyib. O qeyd edib ki, sentyabr, oktyabr, noyabr ayları mövsümü qripə qarşı peyvəndlərin əsl vurulan vaxtlarıdır: “İnsanlar yoluxmasınlar deyə sentyabr, oktyabr, noyabr ayları mövsümü qriplərə qarşı peyvəndlərin əsl vurulan vaxtlarıdır. Ölkəmizdə mövsümü qripə qarşı peyvənd var və bu peyvəndi yaşadıqları ərazi üzrə polinkliniklara yaxınlaşaraq istənilən insan vurdura bilər. Heç bir zərəri də yoxdur. Yəni bu peyvəndlər illərdir ki, var və hər il də mövsümü qripə uyğun olaraq onların yenisi formalaşır. Onlardan da istifadə etməyimiz tövsiyə olunur. Hər kəs vurdursa qrip xəstəlikləri azalar”.
İnfeksionist vurğulayıb ki, qripə yoluxub, sonradan ağırlaşmaları olub pnevmoniya və digər fəsadları verməkdənsə peyvənd etdirib qorunmaq daha məqsədəuyğundur.